Azərbaycan diasporu Moskvada “Ölməz Alay” aksiyasında iştirak edib

Azərbaycan diasporu Moskvada “Ölməz Alay” aksiyasında iştirak edib
# 09 may 2018 15:11 (UTC +04:00)

Rusiyadakı Azərbaycan diasporu Moskvada keçirilən “Ölməz Alay” ümumxalq aksiyasında iştirak edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR), Rusiyadakı Azərbaycan Mədəniyyətinin İnkişafı və İntibahı Fondu və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olan həmvətənlərimizin şəkilləri tutaraq "Belarusskaya" metrostansiyasından başlayaraq Tverskaya küçəsi boyunca Kremlə yürüşdə iştirak ediblər.

Yürüşdə Rusiya prezidenti Vladimir Putin də iştirak edib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin xəbərdarlığına baxmayaraq erməni diasporu ötən illərdə olduğu kimi bu dəfə təxribata əl atmağa cəhd edib. Ermənilər qondarma Dağlıq Qarabağ rejiminin bayrağını qaldırmağa cəhd ediblər. Lakin hüquq-mühafizə orqanları dərhal müdaxilə edərək bayraqlar yığışdırılıb.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR