Zəfər Qurultayının iştirakçıları Heydər Əliyevin məzarını ziyarət edib  - FOTO - VİDEO

Zəfər Qurultayının iştirakçıları Heydər Əliyevin məzarını ziyarət edib  - FOTO  - VİDEO
# 20 aprel 2022 12:49 (UTC +04:00)

Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayının iştirakçıları bu gün Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyev və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.

APA-nın xəbərinə görə, Qurultay iştirakçıları daha sonra Şəhidlər xiyabanını və II Şəhidlər xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, Şuşada keçiriləcək Dünya Azərbaycanlılarının V Qurultayı son illər yüksək təşkilatlanma və birlik nümayiş etdirən, beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri ilə bağlı məlumatlandırılmasında xüsusi rol oynayan diasporumuzun Qarabağın azad olunmasından sonra ilk böyük görüşü olacaq.

Qurultayın tarixi hadisə olmasından biri isə onun ümumilikdə Türk dünyasının mədəniyyət paytaxtı seçilmiş Şuşada keçirilməsidir. Həmçinin bu böyük tədbirdə 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsi iştirak edəcək.

Diaspor

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR