Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb

Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
# 17 yanvar 2023 11:05 (UTC +04:00)

Fiqurlu konkisürmə üzrə Avropa çempionatının iştirakçılarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Finlandiyanın Espoo şəhərindəki yarışda Azərbaycan yığması da təmsil olunacaq.

Ölkəmizin təmsilçiləri iki növdə sifariş olunub. Yanvarın 23-dən 29-dan keçiriləcək yarışda kişilərin mübarizəsində Vladimir Litvintsev buz üzərinə çıxacaq. O, karyerasında 4-cü dəfə Avropa çempionatına qatılacaq.

İdman rəqslərinin yarışında isə Samanta Ritter və Daniel Brikalov mübarizə aparacaq. Duet ilk dəfə qitə çempionatında çıxış edəcək.

Qeyd edək ki, 2022-ci ildə Avropa çempionatında Azərbaycandan Vladimir Litvintsev, Yekaterina Ryabova və Yekaterin Kuznetsova/Aleksandr Kolossovski dueti iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR