“Formula-1” yarışında qəza baş verib

“Formula-1” yarışında qəza baş verib
# 03 iyul 2022 23:21 (UTC +04:00)

Böyük Britaniyada keçirilən “Formula-1” yarışında qəza baş verib.

APA xəbər verir ki, ikinci döngədə Corc Russel, Pyer Qasli və Qanyu Çjounun avtomobilləri toqquşub.

Zərbənin təsirindən çinli pilotun idarə etdiyi bolid çevrilib və qoruyucu səddə dəyərək dayana bilib. “Alfa Romeo” komandası bildirib ki, xəstəxanaya yerləşdirilən pilotun ciddi zədəsi yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR