ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər

ATƏT-in Minsk Qrupunun həmsədrləri birgə bəyanatla çıxış ediblər
# 23 aprel 2007 17:02 (UTC +04:00)
APA-nın xəbərinə görə, nazirlərin konstruktiv işini və gələcəklə bağlı apardıqları diskussiyanın əhəmiyyətini qeyd edən həmsədrlər son danışıqların əsas beynəlxalq prinsiplərə əsaslandığını bildiriblər: “Xarici işlər nazirləri prosesi iki ölkə prezidentinin görüşərək uğurlu danışıqlar apara biləcəyi nöqtəyə qədər yaxınlaşdırıblar”. Həmsədrlər prezidentlər arasında planlaşdırılan görüşü onların özü ilə müzakirə etmək məqsədilə mayın sonlarında regiona səfər etməyə hazırlaşırlar. Onlar qeyd ediblər ki, prezidentlərin gözlənilən görüşü regionda sülh və sabitliyin təməlini qoyacaq prinsiplərə əsaslanan razılaşmanın əldə edilməsinin başlanğıcı ola bilər. Diplomatlar həmişə olduğu kimi, bu dəfə də dövlət başçılarının öz cəmiyyətlərini sülhə hazırlamasının vacibliyini vurğulayıblar və hər iki tərəfi qarşılıqlı etimadı artıracaq addımlar atmağa çağırıblar. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR