ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağla bağlı məruzənin müzakirəyə çıxarılıb-çıxarılmayacağı məlum deyil

ATƏT Parlament Assambleyasının yay sessiyasında Dağlıq Qarabağla bağlı məruzənin müzakirəyə çıxarılıb-çıxarılmayacağı məlum deyil
# 07 may 2007 13:59 (UTC +04:00)
ATƏT Parlament Assambleyasının (PA) yay sessiyasında Dağlıq Qarabağla bağlı məruzənin müzakirəyə çıxarılıb-çıxarılmayacağı məlum deyil. Bu barədə APA-ya açıqlamasında Milli Məclisin vitse-spikeri, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova bildirib. Onun sözlərinə görə, məruzənin müzakirəyə çıxarılması danışıqlar prosesinə bağlıdır: “Əgər müzakirəyə çıxarılacaqsa, biz həm məruzənin mətni, həm də danışıqların hazırkı vəziyyəti ilə bağlı mövqeyimizi ortaya qoyacağıq”. /APA/

Digər xəbərlər

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR