AMADA 2020-ci ildəki test sayını açıqlayıb

AMADA 2020-ci ildəki test sayını açıqlayıb
# 22 dekabr 2020 12:28 (UTC +04:00)

2020-ci ildə idmançılardan 1087 test götürülüb.

Apasport.az saytının məlumatına görə, bunu AMADA-nın baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

Hüseynli ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, onlardan 1012-si milli test proqramı olub. Yarışlar zamanı 179, yarışdan kənar isə 833 test olub.

1087 test proqramından 75-i beynəlxalq sifarişlər əsasında aparılıb. Bunun isə 14-ü yarış zamanı, 61-ci yarışdan kənar aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR