Azərbaycan idmançısı Afrika Kubokunda bürünc medal qazanıb

Azərbaycan idmançısı Afrika Kubokunda bürünc medal qazanıb
# 16 mart 2020 11:19 (UTC +04:00)

Azərbaycan triatlonçusu Kseniya Levkovskaya bu il beynəlxalq arenada ilk mükafatını qazanıb.

Apasport.az saytının məlumatına görə, idmançımız Mavrikidə keçirilən açıq Afrika Kuboku yarışlarında bürünc medal qazanıb.

O, su yarışlarında 1500 metrlik məsafəni 21 dəqiqə 37 saniyəyə başa vurub. Levkovskaya velosipedlə hərəkətlərdə 40 kilometrlik məsafəni 1 saat 3 dəqiqə 54 saniyəyə qət edib. Yarışların sonuncu mərhələsi - 10 kilometr məsafəyə qaçışda isə Kseniya 37 dəqiqə 21 saniyəlik nəticə göstərib. Ümumi hesabda Azərbaycan idmançısı 2 saat 3 dəqiqə 47 saniyəlik göstərici ilə üçüncü yeri tutub.

Qeyd edək ki, açıq Afrika kuboku Olimpiadaya reytinq xalı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR