Azərbaycanda bioloji pasporta malik idmançıların sayı açıqlanıb

Azərbaycanda bioloji pasporta malik idmançıların sayı açıqlanıb
  • Clock-gray 13:01
  • calendar-gray 26 Dekabr 2019

Azərbaycan idmançılarının bioloji pasportlarının sayı müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) baş direktoru Şəfəq Hüseynli açıqlayıb.

O, ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bioloji məlumatların əks olunduğu onlayn profillərin sayı 80-ə çatıb. Bir il əvvəl bu rəqəm 51-ə bərabər olub.

Tədbirdə çıxış edən Ş.Hüseynli həmçinin beynəlxalq federasiyaların sifarişi ilə aparılan testlərin sayını açıqlayıb. 2019-cu ildə 332 belə test gerçəkləşdirib. Bu rəqəm 2018-ci ildə 101-ə, 2017-ci ildə 207-yə bərabər olub.

 

apa-logo-mini

Digər xəbərlər