Yevlaxda nurçuluğu yayan bir neçə nəfər saxlanılıb

Yevlaxda nurçuluğu yayan bir neçə nəfər saxlanılıb
# 27 aprel 2007 16:32 (UTC +04:00)
Bu gün Yevlax rayonunun Çənlibel qəsəbəsinin bir neçə sakini nurçuluğu təbliğ etməkdə ittiham olaraq polis əməkdaşları tərəfindən saxlanılıb. Bu barədə APA-ya saxlanılanların arasında olan Ceyhun Mehdiyev məlumat verib. Onun sözlərinə görə, özü və ailənin qadın üzvləri gözlənilmədən polis evlərinə gəlib və onları idarəyə aparıb. C. Mehdiyev polisin onları qəsəbədəki müəllimlərinin şikayəti əsasında saxladığını deyib: “Onlar bizim evdə dini dərs keçilməsi barədə şikayət ediblər. Buna görə də polislər gəlib məni, anamı, bacımı, qonaqları, qısası evdə olan hər kəsi polis şöbəsinə apardılar”. C. Mehdiyev bildirib ki, Yevlax Polis Şöbəsində onlara xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Saxlanılarkən polisə müqavimət göstərməkdə ittiham olunan Arif İzzət oğlu Yunusova 5, Elşad Rasim oğlu Məmmədova isə 3 sutka həbs cəzası verilib: “Onlar bizi dini bölməkdə, nurçuluğu yaymaqda və qeyri-qanuni fəaliyyət göstərməkdə, Səid Nursinin kitablarını insanlara oxutmaqda ittiham edirlər. Amma biz burada qeyri-qanuni bir məsələ görmürük”.
Yevlax rayon Polis İdarəsindən isə hadisə barədə açıqlama verilməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR