www.islam.com.az saytının təqdimat mərasimi keçirilib

www.islam.com.az saytının təqdimat mərasimi keçirilib
# 14 may 2007 10:18 (UTC +04:00)
www.islam.com.az internet saytının təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, saytın rəhbəri Elşad Miri bildirib ki, sayt İslamla bağlı mövhumatın, xurafatın qarşısını almaq və cəmiyyəti maarifləndirmək məqsədilə yaradılıb. Azərbaycan və rus dillərində fəaliyyət göstərən saytda İslam və dinlə bağlılığı olan çoxsaylı bölmələr fəaliyyət göstərir. E. Miri virtual diskussiyaların təşkil edilməsi üçün saytda çat bölümünün yaradıldığını da deyib: “Saytda Xəbərlər, Məqalələr, Müsahibələr, Qurani-Kərim, Quran möcüzələri, Hədis, İbadətlər: Namaz, Oruc, Zəkat, Həcc, Qurban kimi bölmələr fəaliyyət göstərir. Həmçinin saytda uşaqlar üçün də bölmə yaradılıb”. Saytın xarici qaynaqlardan maliyyələşdirilmədiyini deyən E. Miri bu gün ölkədə İslam dinini elmi əsaslarla təbliğ edənlərə təzyiqlərin artdığını da söyləyib: “Xurafatı təbliğ edənlərə yaradılan imkan cəmiyyətə İslam dinini təhrif olunmadan təqdim edənlərdən az yaradılır. Buna misal kimi telekanallarda İslamla bağlı verilişlərin bağlanmasını göstərmək olar. Artıq Azərbaycan telekanallarında İslam dini haqda verilişlər yox dərəcəsindədir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR