Bakıda Pasxa bayramı qeyd olunub - FOTO

Bakıda Pasxa bayramı qeyd olunub  - FOTO
# 22 aprel 2022 17:39 (UTC +04:00)

Bakıda "Kirxa" protestant kilsəsində Pasxa bayramı qeyd olunub.

APA xəbər verir ki, bayram tədbirində ölkənin bir sıra xristian-dini icmasının nümayəndələri iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov bayram təbriklərini çatdırdıqdan sonra Azərbaycandakı etnik-dini müxtəliflilik məsələsinə toxunub: "Ölkəmizdə etnik-dini müxtəliflik daima qorunub saxlanılıb, bu bizim dövlətimizin əsas priorietlərindən biridir. Həmçinin Azərbaycanda insan hüquqları da tamamilə keyfiyyətli formada qorunur, dəstəklənir. Və bunun nəticəsində hər bir Azərbaycan vətandaşı dini seçimində sərbəstdir".

Azərbaycan-Bibliya cəmiyyətinin nümayəndəsi Rasim Xəlilov sözügedən bayramın ölkəmizdə davamlı şəkildə qeyd olunmasını diqqətə çatdırıb: "Bu günə qədər hər il davamlı şəkildə Pasxa bayramı ölkəmizdə qeyd olunur. İnanıram ki, bu cür bayramlar ölkəmizdə davamlı şəkildə qeyd olunacaq".

Bakı-Alov xristian dini icmasi sədri İdris Məmmədov bayram ərəfəsində Hadrut səfərinin vacibliyini vurğulayıb: "Hadrut səfəri bizim üçün çox önəmli idi. Biz bütün xristian-dini icmaları olaraq 30 ildir ki, bu günlər üçün Tanrıya dualar edirdik. Bu gün isə artıq Qarabağdakı ibadətgahlarımızı bərpa edirik, bu bizim üçün fərəhdir".

Bayram tədbiri müxtəlif dini kompozisiyalarla davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR