Bayram münasibətilə Bakıda qurbanlar kəsilib - FOTO

Bayram münasibətilə Bakıda qurbanlar kəsilib - FOTO
# 09 iyul 2022 10:12 (UTC +04:00)

Qurban bayramı münasibətilə Bakıda iri və xırdabuynuzlu heyvanlar kəsilib.

APA xəbər verir ki, paytaxtın Yasamal rayonu ərazisindəki ət kəsimi məntəqəsində AQTA və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri və əhalinin iştirakı ilə qurbanlar kəsilib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsinin sözlərinə görə, bayram münasibətilə kəsim üçün 170 baş qoyun gətirilib. Bir qoyunun diri çəkisi üçün 1 kiloqram 6 manat 30 qəpikdən hesablanır.

Qeyd edək ki, bu gün paytaxtın və ölkənin digər rayonlarında da bayram münasibətilə ət kəsimi həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR