Dövlət Komitəsi Oğuzda konfrans keçirib - FOTO

Dövlət Komitəsi Oğuzda konfrans keçirib - FOTO
# 18 iyun 2022 12:34 (UTC +04:00)

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Oğuzda “Azərbaycançılıq: dini həmrəylik və birgəyaşayışın qarantı” adlı konfrans keçirilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, konfransdan öncə "Heydər Əliyev və Azərbaycançılıq" filmi nümayiş olunub.

Konfransda Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov, Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, həmçinin müsəlman dini icmaların üzvləri, Rus Pravoslav kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının, Azərbaycan Respublikası Katolik kilsəsinin təmsilçiləri, Alban-Udi xristian, Oğuz şəhər Yəhudi, Bakı şəhəri “Alov”, Qax rayonu “Müqəddəs Giorgi” kilsəsi gürcü pravoslav, Sumqayıt şəhəri “Molokan ruhani-xristian”, Bakı şəhəri “Yevangelist Xristian Baptistlərinin kilsəsi” dini icmalarının və Azərbaycan Bəhailər Dini Mərkəzinin sədrləri iştirak ediblər.

Çıxışlar zamanı bildirilib ki, ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin, dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Oğuz rayonudur.

Qeyd olunub ki, tarixi-dini abidələrin, o cümlədən məscid, kilsə, sinaqoqların bərpası və yenidən qurulması, yeni ibadət evlərinin inşası Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi siyasətin tərkib hissəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR