DQİDK məscidlərdə vakant yerlərin tutulması üzrə müsahibədə iştirak edə bilməyənlərə müraciət edib

DQİDK məscidlərdə vakant yerlərin tutulması üzrə müsahibədə iştirak edə bilməyənlərə müraciət edib
# 12 avqust 2022 11:25 (UTC +04:00)

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi məscidlərdə vakant yerlərin tutulması üzrə müsahibədə üzürlü səbəbdən iştirak etməyənlərə müraciət edib.

Qurumdan APA-ya bildirilib ki, İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün 2 avqust 2022-ci ildən başlayan müsahibədə üzrlü səbəbdən iştirak edə bilməyən namizədlər müsahibədə iştirak etmək üçün 13 avqust 2022-ci il tarixində saat 12:00-da Azərbaycan İlahiyyat İnstitutunda (Bakı şəhəri, Məhəmməd Naxçıvani, 29) olmalıdırlar.

Əks təqdirdə onlar müsahibədə iştirak etməmiş hesab olunacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR