İSESKO səfiri: Aİ-də islamofobiya ifadəsi ətrafında işlər aparılır

Yahya Pallaviçini

© APA | Yahya Pallaviçini

# 16 mart 2023 16:00 (UTC +04:00)

İslamofobiya adında termin yoxdur. Çünki islamın patologiya və psixozla heç bir əlaqəsi yoxdur. Avropa İttifaqında bu ifadə ətrafında müəyyən iş aparılır.

APA xəbər verir ki, bunu EULEMA Avropa Müsəlman Liderləri Şurasının sədri, İtaliyanın COREIS Dini İcmasının vitse-prezidenti, İSESKO-nun Dialoq üzrə səfiri Yahya Pallaviçini İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransında "Dini müxtəlifliyi və dinlərarası hörməti təşviq etməklə harmonik cəmiyyətlərin qurulması" mövzusunda keçirilən plenar iclasda çıxışı zamanı deyib.

Sədr Bakı prosesinə diqqət çəkib: "2008-ci ildə Bakı prosesi zamanı mədəniyyətlər və dinlərarası yanaşma formalaşmışdı. Bakı prosesi şərq-qərb mədəniyyətlərarası dialoqu və əməkdaşlığı təşkil etmək üçün çox ciddi təşəbbüs rolunu oynadı. Bunun sayəsində bu müstəvidə yeni yol açılmağa başladı".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR