Moratinos: İslamofobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil

Moratinos: İslamofobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil
# 15 mart 2023 09:29 (UTC +04:00)

Dünyada İslama sülh dini kimi baxılır.

APA xəbər verir ki, bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və G20 Dinlərarası Dialoq Forumunun birgə təşkilatçılığı ilə “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda beynəlxalq konfransa ünvanladığı video müraciətində BMT Baş katibinin müavini, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos deyib.

Onun sözlərinə görə, ötən il BMT 15 martı İslamafobiyaya qarşı beynəlxlaq mübarizə günü elan edib.

"İslamafobiya təkcə İslam dininə və müsəlman cəmiyyətinə qarşı deyil, bu, fobiyadır, insanlara, insan hüquqlarına qarşı olmaq deməkdir. Mən ümid edirəm ki, konfrans vasitəsilə bu gün və sabah İslama hörmət, islamafobiyaya qarşı birgə mübarizə və istənilən dinə qarşı nifrət və diskriminasiyanın qəbuledilməzliyi ilə bağlı vacib mesajlar veriləcək", - BMT rəsmisi vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR