QMİ sədri Qazaxıstanda dini liderlərin qurultayında iştirak edir

QMİ sədri Qazaxıstanda dini liderlərin qurultayında iştirak edir
# 13 sentyabr 2022 11:20 (UTC +04:00)

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi din liderlərinin VII Qurultayında iştirak üçün Qazaxıstan Respublikasında səfərdədir.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, sentyabrın 13-də QMİ sədri A. Paşazadə Qazaxıstanın paytaxtı Nursultan şəhərində Sülh və Anlaşma sarayının Atrium zalında Qurultayın Katibliyinin XX sessiyasında iştirak edib.

Tədbir çərçivəsində Dünya və ənənəvi din liderlərinin Qurultaylarının Katibliyinin daimi üzvü olan QMİ sədri Şeyxülislam A. Paşazadə Qazaxıstan Parlamenti Senatının sədri, Qurultay Katibliyinin rəhbəri Maulen Aşimbayev ilə görüşüb.

Şeyxülislam Allahşükür Paşazadə bildirib ki, iki onillik tarixə malik, dinlərarası dialoqa dair nüfuzlu beynəlxalq platforma olan Qazaxıstan Qurultayları dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin səmərəli dialoq və əməkdaşlıq müstəvisi kimi olduqca dəyərlidir.

Sentyabrın 14-də Şeyxülislam Allahşükür Paşazadə «Dünya və ənənəvi dinlərin liderlərinin postpandemiya dövründə bəşəriyyətin mənəvi və sosial inkişafında rolu» mövzusunda Dünya və ənənəvi din liderlərinin VII Qurultayda iştirak edəcək, plenar iclasda çıxış edəcəkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR