Roma Papası Patriarx Kirillə planlaşdırılan görüşü ləğv edib

Roma Papası Fransisk, Patriarx Kirill

© APA | Roma Papası Fransisk, Patriarx Kirill

# 22 aprel 2022 15:08 (UTC +04:00)

Roma Papası Fransisk və Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill arasında iyun ayında Yerusəlimdə keçirilməsi planlaşdırılan görüş ləğv olunub.

APA xəbər verir ki, bu barədə Roma Papası Argentinanın "La Nacion" qəzetinə müsahibəsində deyib.

Bundan təəssüfləndiyini söyləyən Roma Papası bildirib ki, Vatikan diplomatları belə bir görüşün hazırda yanlış anlaşılmaya səbəb ola biləcəyini qeyd edib.

Xatırladaq ki, əgər görüş baş tutsa idi, bu, onların ikinci görüşü olacaqdı. Onların ilk görüşü, 2016-cı ildə Kubada baş tutub. Həmin görüş 1054-cü ildə xristianlığı Şərq və Qərb qollarına ayıran Böyük parçalanmadan sonra Roma Papası ilə Rus Pravoslav Kilsəsinin lideri arasında ilk görüş olub.

Patriarx Kirill Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə tam dəstəyini ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR