ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri QMİ-də olublar

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri QMİ-də olublar
# 25 fevral 2020 14:57 (UTC +04:00)

Bu gün Qafqaz Müsəlmanları İdarəsində ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Beynəlxalq Din Azadlığı Komissiyasının (BDAK) sədr müavinləri Qeyl Mançin, Nadin Menza və Komissiyanın Beynəlxalq hüquq üzrə mütəxəssisi Kristen Laver, siyasi analitiki Kill Bakken ilə görüş keçirilib.

QMİ-nin Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, görüşdə qonaqları ABŞ səfirliyinin siyasi işlər üzrə müşaviri Uilyam Solley müşayiət edib. QMİ sədrinin birinci müavini Müfti Salman Musayev qonaqlara Qafqaz Müsəlmanları İdarəsi, onun struktur və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. QMİ-nin beynəlxalq müstəvidə həyata keçirdiyi tədbirlər və qarşıdakı planlar barədə danışan Müfti S.Musayev ölkəmizdə hökm sürən multikultural həyat tərzinin özəllikləri, dövlət-din münasibətlərinin yüksək səviyyəsini xüsusi vurğulayıb.

Görüşdə ölkəmizdəki islam dini icmalarının və dini mərkəzin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb. QMİ sədrinin birinci müavini Müfti Salman Musayev, sədrin müavinləri Qəmərxanım Cavadlı, Rəşad Əliyarlı və aparat rəhbəri Simran Həsənov komissiya nümayəndələrini bu sahə ilə bağlı suallarını cavablandırıblar.

Amerikalı qonaqlar Təzəpir məscidini ziyarət ediblər və İdarənin kitabxanası ilə tanış olublar.

Məlumat üçün bildirək ki, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası bütün dünyada dini azadlığı monitorinq edən müstəqil, ABŞ hökumətinin federal hökumət komissiyasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR