Allahşükür Paşazadə: “Dünya artıq Ermənistana inanmır”

Allahşükür Paşazadə: “Dünya artıq Ermənistana inanmır”
# 16 oktyabr 2020 14:51 (UTC +04:00)

“Dünya bir zamanlar özünü yazıq göstərən Ermənistana inanırdısa, bu gün artıq inanmır”.

APA-nın məlumatına görə, bunu bu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin Azərbaycandakı dini konfessiyaların rəhbərləri ilə birgə mətbuat konfransında bildirib.

Qonşu ölkələr olan Türkiyə və İrandan verilən dəstəyi yüksək qiymətləndirən QMİ sədri deyib ki, Tehrandan, Təbrizdən ona məktublar gəlir: “Bizim haqq işimizi dəstəkləyirlər. Sabah Ayasofiyada dindarlarla görüşüm var. Bir gün sonra İbn-Haldun Universitetinin açılışı olacaq, Türkiyə Prezidenti ilə birgə iştirak edəcəyəm. Həftənin ikinci günü isə Türkiyənin Dini İşlər naziri Erbaşla onlayn keçiriləcək konfransda iştirak edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR