Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq - EKSKLÜZİV

Bu il Azərbaycandan Həcc ziyarəti baş tutmayacaq - EKSKLÜZİV
# 01 aprel 2021 12:32 (UTC +04:00)

Azərbaycandan bu il Həcc ziyarəti baş tutmayacaq.

APA-nın əldə etdiyi məlumata görə, pandemiya səbəbindən ziyarət bu il də həyata keçirilməyəcək.

Məsələ ilə bağlı Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanından Azərbaycana məktub daxil olmayıb.

Qeyd edək ki, COVİD-19 pandemiyası səbəbindən ötən il də Azərbaycandan Həcc ziyarəti təxirə salınmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR