Qubada Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb

Qubada Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb
  • Clock-gray 13:40
  • calendar-gray 04 Dekabr 2020

Bu gün Qubada Vətən müharibəsində şəhid olanların xatirəsi anılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubada Ərdəbil məscidində şəhidlərin əziz xatirəsinə dualar oxunub, namaz qılınıb, yaralılara şəfa dilənib.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur.

Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunur.

Vəli Turan

Digər xəbərlər