Həccə gedən azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb

Həccə gedən azərbaycanlı zəvvarların ilk qrupu Məkkəyə çatıb
# 02 avqust 2019 11:45 (UTC +04:00)

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gecə təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşüb.

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, zəvvarlar artıq Məkkə şəhərinə çatıblar.

Bildirilib ki, zəvvarların ikinci qrupu bu gün saat 14:50-də yola düşəcək.

Qeyd olunub ki, Həcc ziyarətinə gedəcək zəvvarlar 5 avqusta qədər təyyarı ilə yola salınacaq. Zəvvarlar avqustun 21-25-də geri dönəcəklər.

Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarəti üçün ayrılan 1400 nəfərlik kvota dolub. Azərbaycandan Həcc ziyarətinə gedəcək ən yaşlı zəvvarın 80, ən gənc zəvvarın isə 19 yaşı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR