Mübariz Qurbanlı: “İnsanların inancına bağlı olan məsələlərə qarışa bilmərik”

Mübariz Qurbanlı: “İnsanların inancına bağlı olan məsələlərə qarışa bilmərik”
  • Clock-gray 13:07
  • calendar-gray 10 Sentyabr 2019

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Aşura günü yol kənarlarında ehsan masalarının qurulmasına münasibət bildirib.

APA-nın xəbərinə görə, Dövlət Komitəsinin sədri jurnalistlərə açıqlamasında bildirib ki, sovet dövründə də ehsan masaları qurulurdu.

“İmam Hüseyn əzadarlığının birinci ili deyil. Kimlərsə əhd edir ki, Aşura günü süfrə açacağam, kimsə deyir halva paylayacağam, bəziləri hədik paylayır. İnsanların daxili inamına, inancına bağlı olan məsələlərə müdaxilə etmək lazım deyil, biz buna qarışa bilmərik. Bu, insanların şəxsi istəyidir və bununla təskinlik tapırlar”, - M. Qurbanlı qeyd edib.

Günay Elşadqızı

Digər xəbərlər

Arxiv

date