Türkiyə Diyanət İşləri başqanı: “Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi, mədəni abidələrin dağıdılmasını qınayırıq”

Türkiyə Diyanət İşləri başqanı: “Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi, mədəni abidələrin dağıdılmasını qınayırıq”
  • Clock-gray 16:53
  • calendar-gray 14 Noyabr 2019

“Dağlıq Qarabağ münaqişəsinin həllində dost və qardaş ölkə Azərbaycanın yanında olduğumuzu açıq şəkildə bəyan edirəm”.

APA-nın xəbərinə görə, bunu Dünya dini liderlərinin II Bakı Sammitində iştirak edən Türkiyə Diyanət İşləri başqanı Ali Erbaş deyib.

“Azərbaycanın işğal edilmiş torpaqlarında tarixi, mədəni abidələrin dağıdılmasını qınayırıq. Məscidlərin, qəbirlərin dağıdılması, bir sözlə islam dininin dəyərlərinə hücumlar qəbuledilməzdir”, - deyə A. Erbaş bildirib.

O qeyd edib ki, terrorçunun dini, inancı olmaz: “Terror hamıya zərər vurur. Türkiyə uzun müddətdir PKK, İŞİD, FETÖ terror təşkilatlarına qarşı mübarizə aparmaqdadır. Dini liderlər Türkiyənin terrora qarşı mübarizəsinə dəstək verməlidir”. 
 

Fərid Mirzəyev

Digər xəbərlər

Arxiv

date