Vladimir Putin Allahşükür Paşazadəni təltif edib

Vladimir Putin Allahşükür Paşazadəni təltif edib
# 14 noyabr 2019 14:13 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin anadan olmasının 70, Şeyxülislamlıq fəaliyyətinin 40 illik yubileyi münasibəti ilə Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəni ölkəsinin Fərqlənmə Nişanı ilə təltif edib.

APA-nın xəbərinə görə, Dünya liderlərinin II Bakı Sammitində iştirak edən Rusiya Federasiya Şurasının sədr müavini İlyas Umaxanov Rusiyanın ali dövlət mükafatını Allahşükür Paşazadəyə təqdim edib.

Bildirilib ki, A. Paşazadə tolerantlıq və dözümlülüyün artırılması, habelə dini və mədəni sahədə xalqlar arasında etimad mühitinin yaradılması üçün göstərdiyi səylərə görə təltif olunub.

V. Putin Allahşükür Paşazadəyə təbrik məktubu da ünvanlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR