Qafqaz Müsəlmanları İdarəsi (QMİ) müxtəlif qanunvericilik aktlarında dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətli məqamların aradan qaldırılmasını istəyir.
APA-nın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dövlət-din münasibətlərinin hüquqi bazası” mövzusunda keçirilən respublika müşavirəsində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) aparat rəhbəri Simran Həsənov bildirib ki, dini icmaların qeydiyyatı ciddi problemdir: "Dini icmaların qeydiyyatı ilə bağlı qanunvericilikdə müəyyən ziddiyyətli məqamlar var. Bunların hamısına aydınlıq gətirilməlidir. Dini icmaların nümunəvi Nizamnaməsi də yenilənməlidir və yeni sənəddə din xadimi və dini icma sədrinin hüquq və vəzifələri dəqiq göstərilməlidir. Bunlar konkretləşdirilməlidir. Bu Nizamnamənin hazırlanmasına Qafqaz Müsəlmanları İdarəsi də kömək edə bilər”.
QMİ dini icmaların qeydiyyatı ilə bağlı ziddiyyətlərin aradan qaldırılmasını istəyir
29 iyun 2018 10:05 (UTC +04:00)
Din
Yeni Kaledoniya nümayəndə heyəti Bakıda Müqəddəs Məryəm Katolik Kilsəsini ziyarət edib - FOTO
13:50
17 aprel 2024
QMİ: 500-ə yaxın vətəndaş Həcc ziyarəti ilə bağlı işbazların qurbanı olub
14:08
16 aprel 2024
Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb, səbəbləri açıqlanıb
14:00
16 aprel 2024
Həcc ziyarəti üçün kvota bəlli olub
13:25
16 aprel 2024