Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini açıqlayıb: “Anama söz vermişdim”

Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini açıqlayıb: “Anama söz vermişdim”
  • Clock-gray 01:28
  • calendar-gray 25 Oktyabr 2020

MMA üzrə UFC çempionu Həbib Nurməhəmmədov karyerasını başa vurmasının səbəbini açıqlayıb.
 
Apasport.az saytının məlumatına görə, yüngül çəkidə rəqib tanımayan rusiyalı döyüşçü ABŞ təmsilçisi Castin Qetjini məğlub etdikdən sonra oktaqonla vidalaşıb.
 
Həbib bunu verdiyi vədlə əlaqələndirib: “Castinlə döyüşə görə UFC-dən mənə zəng edəndə anamla üç gün danışdım. Anama söz vermişdim ki, bu, mənim son döyüşüm olacaq. O istəmirdi ki, mən atasız döyüşüm”.
 
Qeyd edək ki, bir müddət əvvəl Nurməhəmmədovun atası vəfat edib.

ApaSport

Digər xəbərlər