Azərbaycan cüdoçuları Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb

Azərbaycan cüdoçuları Avropa kubokunda 1 qızıl və 3 bürünc medal qazanıb
# 02 iyun 2019 02:07 (UTC +04:00)

Rumıniyanın Kluj şəhərində cüdo üzrə Avropa açıq kuboku yarışına start verilib.

ONA-nın məlumatına görə, beynəlxalq turnirdə mübarizə aparan qadın cüdoçularımız uğurlu nəticə əldə ediblər.

52 kq çəki dərəcəsində yarışan Azərbaycan cüdoçusu Gültac Məmmədəliyeva Fransa, İspaniya, Kuba və Macarıstandan olan rəqiblərinə qalib gələrək, qızıl medala layiq görülüb.

Daha 3 təmsilçimiz - Leyla Əliyeva, Ayşə Qurbanova (hər ikisi 48 kq), İçinxorlu Munxçedev (57 kq) Avropa kubokunun bürünc medalını qazanıb.

29 ölkədən 350 cüdoçunun mübarizə apardığı Kluj turnirinə iyunun 2-də yekun vurulacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR