Azərbaycan güləşçiləri Yaponiyada hazırlıq keçirlər

Azərbaycan güləşçiləri Yaponiyada hazırlıq keçirlər
# 08 iyul 2019 12:20 (UTC +04:00)

Sərbəst güləş üzrə gənclərdən ibarət Azərbaycan yığması ölkə xaricində təlim-məşq toplanışına başlayıb.

APA-nın məlumatına görə, iyulun 7-dən Yaponiyanın Komatsu şəhərində hazırlıqlara start verən milli yerli komanda ilə birgə məşq edir.

Məşqçilər Arif Abdullayev və Nazim Əlicanovun rəhbərliyi altında təlim-məşq toplanışına İslam Bazarqanov, Mahir Məmmədzadə (hər ikisi 57 kq), Əsgər Məmmədəliyev (61 kq), Turan Bayramov (65 kq), Davud İbrahimov, Əşrəf Aşurov (hər ikisi 70 kq), İsmayıl Abdullayev (74 kq), Rəşad Yusifli (79 kq), Asxab Həmzətov (92 kq) və İslam Abuyev (125 kq) qatılıb.

Yaponiya hazırlığı iyulun 17-dək davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR