16 yaşlı Bakı məktəblisi Avropa çempionatında qızıl medal qazanıb

16 yaşlı Bakı məktəblisi Avropa çempionatında qızıl medal qazanıb
# 01 iyul 2019 09:53 (UTC +04:00)

İtaliyanın Faenza şəhərində keçirilən yeniyetmələr arasında yunan-Roma güləşi üzrə Avropa çempionatı Azərbaycan yığması üçün uğurlu alınıb.

APA-nın məlumatına görə, millimizin üzvü Fərid Sadıxlı qitə çempionu tituluna yiyələnib.

16 yaşlı güləşçi finala qədər macarıstanlı rəqibini 50, Bolqarıstan təmsilçisini 34, Latviya idmançısını 24 saniyəyə məğlub edib. F.Sadıxlı Rusiya güləşçisi ilə həlledici qarşılaşmada 68 saniyəyə 10:1 hesablı qələbə qazanıb. Ardıcıl dörd qələbə qazanan idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və qızıl medalın sahibi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR