Mariya Stadnik dünya çempionatında finala yüksəlib - YENİLƏNİB

Mariya Stadnik dünya çempionatında finala yüksəlib - YENİLƏNİB
# 17 sentyabr 2019 14:57 (UTC +04:00)

Azərbaycan güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında finala yüksəlib.

APA-nın məlumatına görə, 50 kq çəki dərəcəsində mübarizə aparan 7 qat Avropa çempionu yarımfinalda çinli Yanan Sundan güclü olub.

Bu mərhələyə yüksəlməklə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən pəhləvan rəqibini 6:4 hesabı ilə məğlub edib.

M. Stadnik sentyabrın 18-də keçiriləcək həlledici görüşdə rumıniyalı Emiliya Vuçla güləşəcək.

Millinin bu gün mübarizəyə qoşulan digər üzvü Türkan Nəsirova (53 kq) isə mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmerə (Almaniya) vaxtından əvvəl uduzub – 0:11. Rəqib finala kimi irəliləyə bilmədiyindən güləşçi yarışla vidalaşıb.

Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

***

Saat. 11:58

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında qadın güləşçilər mübarizəyə start veriblər.

APA-nın məlumatına görə, Azərbaycan millisi bu gün baş tutacaq 4 çəkidən 2-də təmsil olunur.

50 kq çəki dərəcəsində qüvvəsini sınayan komandanın lideri Mariya Stadnik ilk görüşünü nigeriyalı Miessinel Qenesisə qarşı keçirib. Təsnifat mərhələsi çərçivəsində baş tutan qarşılaşma 7 qat Avropa çempionunun asan qələbəsi ilə yekunlaşıb. O, cütün taleyini ilk hissədə həll edib – 11:0.

Olimpiya oyunlarının mükafatçısı 1/8 finalda hindistanlı Sima Simanı sınağa çəkib. Bu dəfə rəqibini 9:2 hesabı ilə məğlub edən M. Stadnik ardınca rusiyalı Yekaterina Poleşçukla güləşib. Bu dəfə də təmiz qələbə qazanan (11:0) idmançı yarımfinalda iştirak hüququ qazanıb. Bu, M. Stadnikə eyni zamanda Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ verib.

O, yarımfinalda çinli Yanan Sunla üz-üzə gələcək.

M. Stadnikdən fərqli, Türkan Nəsirova (53 kq) mundaiala məğlubiyyətlə başlayıb. O, təsnifat mərhələsində Nina Hemmerə (Almaniya) vaxtından əvvəl uduzub – 0:11.

Qeyd edək ki, dünya çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb. Azərbaycan yığmasının heyətində Rafiq Hüseynov (82 kq) gümüş, Eldəniz Əzizli (55 kq) bürünc medal qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR