Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb - FOTO

Azərbaycanın 2 taekvondoçusu dünya çempionatında mübarizəni dayandırıb - FOTO
# 30 may 2023 11:36 (UTC +04:00)

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə Azərbaycan millisinin 2 idmançısı dayanq üzərinə çıxıb.

Yığma üzvü Fəridə Əzizova (67 kq) 1/16 final çərçivəsində Kristina Teaçotu (ABŞ) sınağa çəkib. Rəqib 2:0 hesabı ilə qalib gəldiyindən təmsilçimiz yarışla vidalaşıb.

58 kq çəkidə Qaşım Maqomedov mundialda mübarizəyə 1/32 finaldan başlayıb. O, ilk döyüşündə Kay Çenqlə (Çin) üz-üzə gəlib və 0:2 hesabı ilə məğlub olub.

Qeyd edək ki, mundialın ilk günündə kişilərdə 68 kq, qadınlarda 57 kq çəki dərəcəsi üzrə qaliblər müəyyənləşib. Bu gün isə daha 3 çəkidə döyüşlər keçiriləcək. 58 kq və 67 kq-la yanaşı, 73 kq çəkili qadın taekvondoçular da gücünü yoxlayacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR