Beynəlxalq Boks Assosiasiyasının prezidenti Azərbaycana gələcək

Umar Kremlyov

© APA | Umar Kremlyov

# 21 dekabr 2021 17:27 (UTC +04:00)

Beynəlxalq Boks Assosiasiyasının (İBA) prezidenti Umar Kremlyov Azərbaycana işgüzar səfərə gələcək.

Azərbaycan Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, İBA rəhbəri dekabrın 23-də Bakıda olacaq.

O, səfəri çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərovla görüşəcək.

Umar Kremlyov həmçinin Boks Mərkəzində milli komandanın çalışdırıcıları ilə birgə azərbaycanlı boksçulara məşq də keçəcək.

Qeyd edək ki, İBA prezidentinin Azərbaycana səfəri dekabrın 24-də başa çatacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR