FHN Akademiyasının kursantı çempionatda uğur qazanıb

FHN Akademiyasının kursantı çempionatda uğur qazanıb
# 02 iyun 2022 11:26 (UTC +04:00)

Mayın 20-22-də “Sərhədçi” Olimpiya İdman Mərkəzində kikboksinq üzrə kişilər və qadınlar arasında XXVI Azərbaycan çempionatı keçirilib. Çempionatda Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Yanğın təhülkəsizliyi” fakültəsinin III kurs kursantı İlqar Zeynallı da öz gücünü sınayıb.

FHN-dən APA-ya verilən məlumata görə, 81 kq çəki dərəcəsində “lou kik” növü üzrə mübarizə aparan İlqar Zeynallı 3-cü yerə layiq görülüb.

Qalib idmançı ilə görüşən FHN Akademiyasının rəisi, general-mayor Baba Salayev idmançı kursanta təbriklərini çatdırıb, ona gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR