Hacı Əliyev Rusiyada beynəlxalq turnirə qatılacaq

Hacı Əliyev Rusiyada beynəlxalq turnirə qatılacaq
# 08 oktyabr 2019 17:54 (UTC +04:00)

Oktyabrın 10-dan 14-dək Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə sərbəst güləş üzrə beynəlxalq turnir keçiriləcək.

APA-nın məlumatına görə, yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Abubakr Abakarov (79 kq) və Aleksandr Qostiyev (86 kq) təmsil edəcəklər.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Bəşir İsazadə Memorialda ədaləti qoruyacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR