Mariya Stadnikin dünya çempionatında ilk rəqibi bəlli olub

Mariya Stadnikin dünya çempionatında ilk rəqibi bəlli olub
# 16 sentyabr 2019 15:27 (UTC +04:00)

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

APA-nın məlumatına görə, sabah qadın güləşi üzrə 50, 53, 55 və 72 kq-da mübarizəyə start veriləcək.

Bu gün həmin çəkilər üzrə püşkatma mərasimi keçirilib və Mariya Stadniklə (50 kq) Türkan Nəsirovanın (53 kq) ilk rəqibi müəyyənləşib.

50 kq
Təsnifat. Mariya Stadnik - Miessiney Mersi Genesis (Nigeriya)

53 kq
Təsnifat. Türkan Nəsirova - Nina Hemmer (Almaniya)

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR