“Qarabağ”ın kapitanı Avropa Liqasının püşkünü dəyərləndirib

“Qarabağ”ın kapitanı Avropa Liqasının püşkünü dəyərləndirib
# 30 avqust 2019 16:17 (UTC +04:00)

"Ümumi götürsək, maraqlı qrupa düşdük”.

APA-nın məlumatına görə, bunu “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

37 yaşlı müdafiəçi Avropa Liqasının püşkünü dəyərləndirib. O bildirib ki, A qrupunda “Sevilya”, APOEL və “Düdelanj” klubları ilə görüşdə maksimum nəticə göstərməyə çalışacaqlar: “Klublara ayrı-ayrılıqda baxsaq, məlumdur ki, "Sevilya" bu turnirin favoritlərindən biridir və 5 dəfə Avropa Liqasının qalibi olub. APOEL-lə bu mövsüm qarşılaşdıq, aramızda gərgin mübarizə şəraitində iki oyun keçdi. Onlar növbəti mərhələyə yüksəldilər. "Düdelanj"la isə 3 il qabaq oynamışdıq, ilk oyunda qalib gəlmişdik, cavab matçında son dəqiqələrə qədər məğlub olurduq. Lakin yekunda bərabərlik qolunu vurduq. Əlimizdən gələni edəcəyik ki, qrupun sonunda nəticələr bizim üçün yaxşı olsun".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR