Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşüb

Rövnəq Abdullayev Avropa Cüdo İttifaqının prezidenti ilə görüşüb
  • Clock-gray 11:43
  • calendar-gray 24 İyul 2019

Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Bakıda səfərdə olan Avropa Cüdo İttifaqının prezidenti Sergey Soleveyçiklə görüşüb.

APA-nın məlumatına görə, Rövnəq Abdullayev Azərbaycan prezidenti İlham Əliyevin ölkə idmanının inkişafına göstərdiyi böyük diqqət və qayğıdan danışıb, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında qazandıqları yüksək nailiyyətlərdən söhbət açıb. 

Ölkəmizdə cüdo idman növünün də zəngin ənənələrə malik olduğunu qeyd edən Abdullayev son vaxtlar idmançılarımızın mötəbər yarışlardakı uğurlarını vurğulayıb. O, Azərbaycan cüdoçularının dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq turnirlərdə medallar qazandığını diqqətə çatdırıb. Hər il yeniyetmələr, gənclər və böyüklər arasında respublika çempionatlarının da yüksək səviyyədə keçirildiyini söyləyən federasiya prezidenti bu yarışlarda rekord sayda cüdoçuların mübarizə apardığını qeyd edib.

Avropa Cüdo İttifaqının rəhbəri Sergey Soleveyçik Azərbaycanın artıq bütün dünyada idman ölkəsi kimi tanındığını söyləyib. Respublikamızda dövlət səviyyəsində Olimpiya Hərəkatı və idmanın inkişafına göstərilən diqqətin dəfələrlə ümumdünya idman təşkilatları və federasiyaları tərəfindən qiymətləndirildiyini bildirib. Azərbaycan cüdoçularının gələcək beynəlxalq yarışlarda da uğurla çıxış edəcəyinə ümidvar olduğunu söyləyən S. Soleveyçik hazırda Bakıda keçirilən Gənclərin Avropa Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb. Bu mötəbər festivalın cüdo yarışlarında Avropa və yerli federasiyaların birgə işçi qrupunun fəaliyyət göstərdiyini, yarışda qitənin ən güclü yeniyetmə cüdoçularının mübarizə apardığını qeyd edib.

Sonra S. Soleveyçik Avropa Cüdo İttifaqının xüsusi hədiyyəsini Abdullayevə təqdim edib. Görüşdə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov da iştirak edib.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date