Saxta sənədlə döyüşə çıxan boksçu dünyasını dəyişib

Saxta sənədlə döyüşə çıxan boksçu dünyasını dəyişib
# 24 sentyabr 2019 12:10 (UTC +04:00)

Döyüşə saxta sənədlərlə çıxan bolqarıstanlı boksçu Boris Stançov faciə ilə üzləşib.

APA-nın məlumatına görə, onun peşəkar rinqdəki ilk qarşılaşması ölümü ilə nəticələnib.

Özünü qohumu İsus Veliçkov kimi təqdim edən B. Stançov əvvəllər heç vaxt peşəkar döyüş keçirməyib. Albaniyada baş tutan turnir zamanı Ardit Murji ilə qarşılaşan “boksçu” 5-ci raundda huşunu itirib. Ürəktutması olan gənc dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR