Azərbaycanın gənc taekvondoçuları “Sofia open” turnirində qızıl və bürünc medallar qazanıblar

Azərbaycanın gənc taekvondoçuları “Sofia open” turnirində qızıl və bürünc medallar qazanıblar
  • Clock-gray 11:58
  • calendar-gray 04 Mart 2018

Bolqarıstanın paytaxtı Sofiyada taekvondo üzrə beynəlxalq turnir keçirilib.

 

APA-nın AzərTAC-a istinadən verdiyi məlumata görə, turnirə altı idmançı ilə qatılan gənclərdən ibarət Azərbaycan yığması bir qızıl və bir bürünc medala sahib olub.

 

Komandanınn üzvü Xanoğlan Kərimov (51 kq) “G1” kateqoriyalı yarışda rəqiblərindən üstün olaraq turnirin qızıl medalına layiq görülüb. Komandanın digər üzvü Bəhruz Quluzadə (48 kq) isə yarımfinaladək irəliləsə də, həlledici mərhələyə yüksələ bilməyib və bürünc medalla kifayətlənib.

 

Turnirin qalibi olan idmançılar 10 reytinq xalı qazanıblar.

 

Gənc taekvondoçular turnirə baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə qatılıblar.

apa-logo-mini

Digər xəbərlər

Arxiv

date