Cüdo yığmamızın rəqibi müəyyənləşib

Cüdo yığmamızın rəqibi müəyyənləşib
# 17 iyul 2018 15:10 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində keçiriləcək qarışıq komandalar arasında Avropa çempionatının püşkatması baş tutub. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan millisinin də rəqibi müəyyənləşib.

Yarışa 1/16 finaldan başlayacaq yığmamız Polşa ilə görüşəcək. Bu cütün qalibi növbəti raundda Hollandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, 21 komandanın qatıldığı sabah baş tutacaq yarışda 10 yığma 1/16, 11-i isə 1/8 finaldan mübarizəyə qoşulacaq. Hər komandada 3 kişi və 3 qadın cüdoçudan ibarət olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR