Azərbaycan şairlərinin şeirləri fransız dilində nəşr olunub

Bu gün bakıdakı Fransa Mədəniyyət Mərkəzində Fransanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Azərbaycan şairlərinin fransız dilinə tərcümə olunmuş şeirlərdən ibarət kitabın təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, kitabda Musa Yaqub, Ramiz Rövşən, Qulu Ağsəs, Maarif Soltan, Tamilla Axundova, Mənsur Vəkilov, Alina Talıbova, Ülviyyə Axundova və Tofiq Nurəlinin şeirləri toplanıb. Tədbirdə Azərbaycan Dövlət Dillər Universitetinin fransız dili fakültəsinin tələbələrinin ifasında adı çəkilən şairlərin şeirləri səslənib. Fakültənin dekanı Sevda Vahabova çıxış edərək, ikitərəfli münasibətlərin inkişafında bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb. /APA/
Ədəbiyyat

Bakıda Kemel Tokayev və Mir Cəlal Paşayevin yubileyi ilə bağlı tədbir keçirilib - FOTO

"Buker"ədəbiyyat mükafatının qısa siyahısı açıqlanıb

“Dədə Qorqud”un ötən il tapılan yeni nüsxəsinin restavrasiyası başa çatıb, nəşrə hazırlanır
