Lokdaun ilin sözü seçilib

Lokdaun ilin sözü seçilib
  • Clock-gray 12:14
  • calendar-gray 10 Noyabr 2020

“Collins English Dictionary” 2020-ci ilin əsas sözünü elan edib. 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu söz lokdaun ("lockdown") olub.

Lokdaun və ya təcrid rejimi yeni növ koronavirus səbəbi ilə 2020-ci ildə bir sıra ölkələrdə tətbiq edilib.

Mütəxəssislər bu sözü “dünyadakı milyardlarla insanı birləşdirdiyi üçün” seçiblər. Leksikoqraflar ötən il dörd min dəfə işlədilən sözlə müqayisədə 2020-ci ildə lokdaun sözünün 250 mindən çox istifadə edildiyini müəyyən ediblər. 

İlin sözü seçilməyə namizədlər arasında “koronavirus” da olub.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər