Nigar Həsənzadənin poeziya gecəsi keçirilib - FOTO

Nigar Həsənzadənin poeziya gecəsi keçirilib - FOTO
  • Clock-gray 12:17
  • calendar-gray 18 Yanvar 2020

Şirvanşahlar Sarayı Kompleksinin “Taxt-tac” zalında tanınmış şair, publisist Nigar Həsənzadənin “Nigar” adlı poeziya gecəsi keçirilib.

APA-nın məlumatına görə, gecədə onun “Üfüq üzərindəki qanadlar”, “Gümüş”, “Başqalarının buludları altında”, “Biləklər” adlı müəllifi olduğu kitablardan eləcə də nəşr olunmamış əsərlərindən müəllifin öz ifasında şeirlər səsləndirilib.  

Şeirlə yanaşı proqramda musiqiçilər, xoreoqrafik ansambllar, aktyorlar, video və səs qurğuları da nümayiş olunub.

Qeyd edək ki, N.Həsənzadə Mədəniyyət Nazirliyinin “Ədəbiyyat” layihəsinin yaradıcısı və direktorudur. O, müəllif gecələrinin nadir qonaqlarındandır, Böyük Britaniya Kitabxanası tərəfindən İngiltərədə yaşayan ən yaxşı xarici şairlərdən biri kimi seçilmiş səsləri və şerləri dünyanın ən məşhur kitabxanasının səs arxivində saxlanılır. Beynəlxalq Muğam Mərkəzində, Maqomayev adına Dövlət Filarmoniyasında, S. Vurğun adına Rus Dram Teatrında, Rəşid Behbudov adına Mahnı Teatrında poeziya gecələri ilə tamaşaçıların qarşısına çıxıb.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər