Belarus yazıçı Svetlana Aleksieviç yaşı 50-dən çox ən uğurlu qadınlar siyahısında yer alıb

Svetlana Aleksieviç

© APA | Svetlana Aleksieviç

# 18 yanvar 2022 18:23 (UTC +04:00)

Amerikanın "Forbes" jurnalı yaşı 50-dən yuxarı 50 ən uğurlu qadının siyahısını yayımlayıb.

APA jurnalın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda Avropa, Yaxın Şərq və Afrikadan olan uğur qazanmış qadınlar yer alıb.

2015-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını qazanan belarus yazıçısı Svetlana Aleksieviç də siyahıya daxil edilib.

Qeyd edək ki, Aleksieviçdən başqa siyahıda BioNTech şirkərinin həmtəsisçisisi, Türkiyə əsilli alman həkim Özlem Tureji, 2020-ci il kimya üzrə Nobel mükafatı laureatı Emmanüel Şarpantye, aktrisa Cudi Denç və digərləri var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR