Nüfuzlu ədəbiyyat mükafatlarından biri olan Beynəlxalq Buker Mükafatının qalibi məlum olub.
APA mükafatın rəsmi saytına istinadən xəbər verir ki, ümumilikdə Bolqarıstan, İspaniya, Kot-d'İvuar, Meksika, Fransa və Cənubi Koreyadan olan müəlliflər 2023-cü ilin qalibi olmaq adına yarışıblar.
Nəticə etibarilə, bolqarıstanlı Georgi Qospodinovun "Zaman sığınacağı" romanı 2023-cü il Beynəlxalq Buker Mükafatının qalibi olub.
Xatırladaq ki, ki, qalib romandan əlavə, Eva Baltasarın “Qaya”, Qvadelupe Nettelin "Yenicə doğulmuş", QauZ təxəllüsü ilə yazan Patrik Arman-Qbaka Bredenin “Mütəmadi ağır”, Çeon Myan Kvanın “Balina”, Mariz Kondenin “Yeni dünyanın İncili” əsərləri də mükafatın qısa siyahısına düşüb.
Qeyd edək ki, mükafat 1969-cu ildə təsis olunub və əvvəllər iki ildən bir verilib. 2016-cı ildən isə mükafat hər il təqdim olunur.