Dilavər Əzimlinin əsərlərindən ibarət kitabın təqdimatı olub - FOTO

Dilavər Əzimlinin əsərlərindən ibarət kitabın təqdimatı olub - FOTO
# 26 dekabr 2022 14:15 (UTC +04:00)

"Toplumdan seçilmişə doğru. Dilavər Əzimli seçilmiş əsərləri" kitabının təqdimatı olub.

APA xəbər verir ki, Elmlər Akademiyası, Tarix institutunun konfrans zalında keçirilən təqdimat mərasimində tarixçi alimlər, elm xadimləri iştirak edib.

Çıxış edənlər Dilavər Əzimlinin Azərbaycan tarix elminə verdiyi töhfələrdən, həmçinin onunla bağlı xatirələrindən danışıblar.

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini qırmızı diploma bitirib və həmin fakültənin aspiranturasında saxlanılıb. Dilavər Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr nazirliyində aparıcı mütəxəssis işləyib.

1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində "Türk və Şərqi Avropa xalqları" kafedrasının müəllimi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR