Həmsədr: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin idealları əsasında qurulub - FOTO

Həmsədr: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi dahi şairin idealları əsasında qurulub - FOTO
# 08 iyun 2023 13:32 (UTC +04:00)

“Dahi Nizami əsərlərində səbirli, ədalətli olmağı, zorakılığı deyil, sülhü üstün tutmağı, cəmiyyətlərin xoşbəxt yaşamalarını təbliğ edib. Hətta bir çox əsərləri bu günümüzdə də aktualdır”.

APA xəbər verir ki, bunu Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Gəncədə təşkil edilən "Yenidənqurma, sülh və inteqrasiya: Enerji, iqtisadiyyat, ətraf mühit və kapital" tədbirində Mərkəzin həmsədri İsmail Serageldin deyib.

Həmsədr vurğulayıb ki, Nizami Gəncəvinin əsərləri insanı müdrikləşdirir.

"Bizim mərkəzin fəaliyyəti onun idealları əsasında qurulub və düşünürəm ki, poeziyaya Nizami Gəncəvi kimi rəng qata biləcək başqa birisi yoxdur" - İsmail Serageldin vurğulayıb.

Gəncəyə gəldiyinə görə çox xoşbəxt olduğunu deyən İSESCO-nun 1991-2019-cu illərdə Baş direktoru olmuş Abdulaziz Altvayri əlavə edib ki, Mərkəzdə sabiq dövlət və hökumət rəhbərləri təmsil olunmaqla Nizami Gəncəvinin təbliğ etdiyi birliyi yaşadırlar: “Biz bu ideyanı düşünənləri alqışlayırıq. Gəncədə yaşayanlara qibtə edirəm. Çünki onlar Nizami Gəncəvinin yurdunda yaşayırlar”.

BMT Baş Assambleyasının 75-ci Prezidenti Volkan Bozkır deyib ki, Azərbaycan bu gün layiq olduğu zirvədədir: “BMT-dəki sədrliyim dövründə, həm Türkiyə, həm də Azərbaycanı təmsil etmişəm və buna görə çox qürurluyam. Nizami Gəncəvinin yaradıcılığı haqda isə onu deyə bilərəm ki, onun inqilabi ideyaları və əsərləri daim yaşayacaq. Mərkəzdə 400-dən çox sabiq dövlət və hökumət rəhbərləri təmsil olunublar. Mən də mərkəzin yaradılmasına görə ideya müəlliflərinə minnətdarlığımı bildirirəm. Bu mərkəz həm də Nizami Gəncəvi ideyalarının təbliği və gələcəyə çatdırılması deməkdir”.

2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti olmuş Rosen Plevneliyev çıxışında Mərkəzin adını daşıyan Nizami Gəncəvi yurduna gəldiyi üçün xoşbəxt olduğunu bildirib.

"Bakıda keçirilən Nizami forumları dünyanın ən vacib tədbirlərindən biridir. Bu gün Bakı, eləcə də Gəncə dünyanın siyasi, iqtisadi mərkəzinə çevrilib. Biz Nyu-Yorkda, Tokioda Nizami Gəncəvi Mərkəzini təmsil edəcəyik”, - Rosen Plevneliyev vurğulayıb.

Fuad Sadıqov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR